Tanınmış baş redaktor koronavirusa yoluxub – Fotobackend

Tanınmış jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev koronavirusa yoluxub. 

İctimai.az xəbər verir ki, İlham Quliyev bu barədə sosial şəbəkədə paylaşım edib.

Əziz dostlar!
Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompyuter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.
Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun!

İctimai.az