Tanınmış futbolçunun “Türkiyə tək ürək” kampaniyasına 6 milyol lirə göndərmədiyi məlum oldu

“Fənərbağça”nın gənc ulduzu Arda Gülərin zəlzələdən zərərçəkənlər üçün təşkil edilən “Türkiyə tək ürək” kampaniyasına 6 milyon lirə yardım etdiyi barədə məlumatın həqiqətə uyğun olmadığı və çaşqınlığın adın oxşarlığından qaynaqlandığı bildirilib.

İctimai.az xəbər verir ki, kampaniya zamanı ekranlarda Arda Gülər adlı birinin 6 milyon lirə yardım etdiyi görülüb.

Anadolu Agentliyinin müxbiri Süha Gür Arda Gülərin “Türkiyə Bir Gönül” kampaniyasına 6 milyon lirə yardım etdiyi barədə məlumatın həqiqətə uyğun olmadığını və çaşqınlığın adların oxşarlığından qaynaqlandığını bildirib.

Mənbə: AA

İctimai.az

Related Post