Tanınmış jurnalist yeni vəzifəyə təyin olunubbackend

Əməkdar jurnalist, “LAF” TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.

Oxu.Azxəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.