Tanınmış pedaqoq faciəli şəkildə öldübackend

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, tanınmış pedaqoq, ictimai xadim və dəyərli ziyalı Musa Əziz (Musa Yunis oğlu Əzizov) faciəli şəkildə həlak olub.

M.Əziz yolu keçərkən onu avtomobil vurub. Nəticədə ziyalı dünyasını dəyişib. Hadisənin Gəncə şəhərində baş verdiyi qeyd edilir.

Qeyd edək ki, Musa Yunis oğlu Əzizov beş iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. Gəncə şəhərində məskunlaşıb.

Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Musa Əzizov həm də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib.

Uzun müddət Kəlbəcərdə çıxan “Yenilik” (“Kəlbəcər harayı”) qəzetinin əməkdaşı olub.