Tanınmış qəzetdən açıqlama: “Brexit”dən sonra Britaniya “ada dövlətinə” çevrildibackend

“Washington Post”un köşə yazarı Fərid Zəkəriyyə öz məqaləsində qeyd edib ki, “Brexit”dən sonra Böyük Britaniya heç bir siyasi çəkisi olmayan “ada dövlətinə” çevrilib.

Zəkəriyyənin sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra ölkə iqtisadiyyatı biznes investisiyalarından tutmuş ixrac və məşğulluğa qədər demək olar ki, bütün göstəricilərdə rəqiblərindən geri qalmağa başlayıb.

Müşahidəçi yazır: “Böyük Britaniya Avropa sahillərindən təcrid olunmuş, müstəqil əhəmiyyətə malik olmaq və ya tərəfdaşlarla münasibətlərində gündəmi təyin etmək üçün kifayət qədər çəkiyə malik olmayan orta ada dövlətinə çevrilib”.

Mənbə: Gazeta.ru

İctimai.az