Tanınmış vəkil vəfat etdibackend

Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Mübariz Məmmədov vəfat edib.

Oxu.Az xəbər verir ki, o, ötən gün axşam saatlarında dünyasını dəyişib.

Məlumata görə, M.Məmmədov bir müddət əvvəl insult keçiribmiş.

Qeyd edək ki, vəkil 2021-ci ildə koronavirusa yoluxub sağalsa da, həmin zamandan bəri səhhətində müəyyən problemlər yaranmağa başlayıb.

Xatırladaq ki, Mübariz Hümbət oğlu Məmmədov Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili idi.