Tanınmış yazıçı-jurnalist vəfat edibbackend

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib.

O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəl­bə­cər­də çı­xan “Ye­ni­lik” ra­yon qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­maq­la bə­ra­bər, Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Daha son­ra “A­zər­bay­can gənc­lə­ri”, “Kom­mu­nist­” (in­diki “Xalq qə­ze­ti”) qə­zet­lə­rin­də iş­lə­yib. “Sə­hər” qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri, baş re­dak­to­run müa­vi­ni, “Be­lə-belə iş­lər”, “Kri­mi­nal” qə­zet­lə­ri­nin baş re­dak­toru olub. Döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə çı­xış edib.

H.El­vü­sal ey­ni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və hə­vəs­kar bəs­tə­kar kimi də ta­nınırdı.