“Daily Mail” qəzetinin məlumatına görə, rejissor Kventin Tarantino və həyat yoldaşı, israilli müğənni və aktrisa Daniela Pik uzun müddətdən sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar.
Tarantino Denni A. Abekeyzerin “Mükəmməl Oyun” filminin premyerasında iştirak edib. Kventinin həyat yoldaşı da filmdə rol alıb. “Qışqırıq” filminin ulduzu Devid Arkett və Eli Danker də layihədə rol alıblar. Çəkilişlər İsrail və Gürcüstanda aparılıb.
Kventin Tarantino həyat yoldaşı, müğənni Daniela Piklə birlikdə İsraildə yaşayır. 2025-ci ilin aprel ayında rejissor ev tikmək üçün ölkədə torpaq sahəsi alıb.














