Çin dünyada hər hansı ərazi dəyişikliyindən ehtiyatlanır ki, bu da qismən ölkənin Ukrayna ilə bağlı hazırkı mövqeyindən xəbər verir.
Bunu Lenta.ru-ya müsahibəsində tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Koreya Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Asmolov deyib.
Tarixçi Qərb ölkələrinin Ukrayna münaqişəsini Tayvandakı vəziyyətlə əlaqələndirmək istəyini xatırladıb, lakin o, bu cür bənzətmələrin yanlışlığına işarə edib. Asmolov vurğulayıb ki, Tayvan münaqişəsinin mənşəyi iki hökumət arasında ÇXR üzərində nəzarət uğrunda mübarizədən gedir. Asmolov izah edib ki, indiyə qədər adada özlərini ayrıca millət kimi qəbul edən bir neçə nəsil yetişib və hazırda bu konsepsiyanın tərəfdarları hakimiyyətdədir.
“Çin üçün bu, artıq ayrılma ilə mübarizə məsələsidir, ona görə də Çin başqa ölkələrdə ayrılmağı dəstəkləmir: Tibet və ya Sintsziyanın şərti olaraq ayrılmasına qarşı çıxmaq və eyni zamanda Donetsk və Luqansk Xalq Respublikalarının Ukraynadan ayrılmasını dəstəkləmək mümkün deyil”, – tədqiqatçı izah edib.