“Tarixi uğurlarla zəngin dörd il: 2018-ci il 11 aprel”backend

Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur, məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər əldə edir. Bu uğurların qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. 11 aprel 2018-ci ildə cənab İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsi və ötən bu illər ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verməsi bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər əldə edilir və bundan sonra da bu nailiyyətlər davamlı olacaq.

BU SEÇİM AZƏRBAYCANIN YÜKSƏLİŞİNƏ XİDMƏT EDƏN ÜMUMXALQ QƏRARI İDİ

Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son üç ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Seçkidə iştirak edən vətəndaşların 86 faizindən çoxunun öz səsini məhz İlham Əliyevə verməsi təsdiq etdi ki, Azərbaycan xalqı respublikamızın yüksəlişinə və qüdrətlənməsinə aparan siyasi xətti birmənalı dəstəkləyir. Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən on beş il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti seçimini məhz ötən dövrün sosial-iqtisadi uğurların nəticəsini göstərən səmərəli islahatların üzərində qurdu. Seçkilərin nəticəsi göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və çox böyük etimad bəsləyir. Bu etimad həm də perspektiv nailiyyətlərə hesablanan siyasi kursun yenilməzliyinə və alternativinin olmadığına olan inamın təcəssümü idi.

Bütövlükdə, bu seçim Azərbaycanın yüksəlişinə xidmət edən ümumxalq qərarı idi. 2018-ci il aprelin 11-də seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab İlham Əliyev də xalqımızın bu seçkilərdə sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verdiyini dedi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

BU SEÇİM AZƏRBAYCANIN YÜKSƏLİŞİNƏ XİDMƏT EDƏN ÜMUMXALQ QƏRARI İDİ

Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son dörd ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Seçkidə iştirak edən vətəndaşların 86 faizindən çoxunun öz səsini məhz İlham Əliyevə verməsi təsdiq etdi ki, Azərbaycan xalqı respublikamızın yüksəlişinə və qüdrətlənməsinə aparan siyasi xətti birmənalı dəstəkləyir. Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən on beş il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti seçimini məhz ötən dövrün sosial-iqtisadi uğurların nəticəsini göstərən səmərəli islahatların üzərində qurdu. Seçkilərin nəticəsi göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və çox böyük etimad bəsləyir. Bu etimad həm də perspektiv nailiyyətlərə hesablanan siyasi kursun yenilməzliyinə və alternativinin olmadığına olan inamın təcəssümü idi.

Bütövlükdə, bu seçim Azərbaycanın yüksəlişinə xidmət edən ümumxalq qərarı idi. 2018-ci il aprelin 11-də seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən cənab İlham Əliyev də xalqımızın bu seçkilərdə sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verdiyini dedi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

GERÇƏKLİYƏ ÇEVRİLƏN VƏDLƏR…

18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz QARABAĞ AZƏRBAYCANDIR!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2021-ci ilin martın 5-də keçirilən qurultaydakı geniş nitqi çox zəngin və keçilmiş yola verilən qiymətlə, dərin təhlillə səciyyəvi oldu. Dövlət başçısı yüksək intellektual səviyyəsi ilə seçilən proqram xarakterli çıxışı zamanı ölkəmizin son illərdə keçdiyi tarixi yola bir daha nəzər saldı. Bildirdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.

Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir: “Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır”.

“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan 18 il müddətində Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq etməsinə baxmayaraq çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır.

Son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Azərbaycan hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub. Bununla yanaşı, ölkənin artan imkanları hesabına insan kapitalının formalaşması, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir! Bəli, bu, həqiqətən də belədir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Bir sözlə, görülən işlər nəticəsində ötən 4 il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir. Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilmiş cənab İlham Əliyev tərəfindən son 4 il ərzində yeni məzmunla zənginləşdirilmişdir. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri