Tarzən Ramiz Quliyev vəfat edibbackend

Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.

Bunu Oxu.Az-a açıqlamasında Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

“Atam bu gün səhər saatlarında dünyasını dəyişdi”, – deyə Ə.Quliyev bildirib.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. O, 1954-cü ildə Ağdam şəhər yeddiillik musiqi məktəbinə gedib, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.

R.Quliyev 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.