Tatarıstan rəhbəri Türkiyənin ticarət naziri ilə görüş keçiribbackend

Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüş keçirib. Bu barədə “Tatar-inform” məlumat yayıb.

Portalın məlumatına görə, bundan əvvəl Türkiyə ticarət nazirinin müavini Mahmud Gürcanın başçılıq etdiyi nümayəndə heyəti KazanForum çərçivəsində Tatarıstanın paytaxtına səfər edib.

“Bir sıra aparıcı türk şirkətləri Tatarıstanda iri layihələr həyata keçirir. Məhz onların iqtisadi əməkdaşlığı gücləndirmək əzmi regionlara ciddi layihələr həyata keçirməyə imkan verir”, – Minnixanov qeyd edib.