Tatarıstanın yol polisi və İnnopolis (Tatarıstanda informasiya texnologiyaları və innovativ yüksək texnologiyaların inkişafı üçün yaradılmış elm şəhəri) əməkdaşları yol hərəkəti qaydalarının pozulmasının aradan qaldırılması üçün kvadrokopterlərdən istifadə imkanlarını araşdırırlar.
Bu barədə “Tatar-inform” respublika yol polisinin rəisi Rustem Qaripova istinadən xəbər verir.
O, bu məqsədlə pilotsuz təyyarələrin tətbiqi ilə bağlı planlarını yol təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının iclasında açıqlayıb.
Qaripovun sözlərinə görə, dronların köməyi ilə yol hərəkəti qaydalarının pozulması aşkar edilərkən, sürücülər yol nişanları ilə xəbərdar edilməyəcək, çünki dronları mobil fiksasiya vasitəsi kimi təsnif etmək olar.
Mənbə: gazeta.ru
İctimai.az

