Müğənni Tatyana Bulanova sosial şəbəkədə kiçik oğlunun pişiklə çəkdirdiyi nadir fotosunu yayıb. Ulduz ev heyvanlarının ad gününü necə qeyd etdiklərini göstərib.
“Masikin bu gün 19 yaşı tamam oldu” deyə sənətçi qeyd edib.
Məşhurun iki övladı var. Bulanovanın ilk əri səs mühəndisi Nikolay Taqrin idi və onunla bir oğul doğdu. 30 yaşlı Aleksandr nişanlısı Kseniya ilə Sankt-Peterburqda yaşayır və restoran biznesində çalışır. Ulduzun ikinci əri 16 yaşlı Nikitanı birlikdə böyütdüyü futbolçu Vladislav Radimov olub. Müğənninin sözlərinə görə, kiçik oğlu kimya ilə maraqlanır və gələcəkdə həyatını tibblə bağlaya bilər.
Mənbə: Gazeta.ru














