Orijinal Byte Shop taxta qutusunda yerləşdirilmiş nadir və tam funksional Apple-1 kompüteri RR Auction-da hərracda ortaya çıxıb.
Bu nümunənin orijinal taxta qutusunda saxlanılan yalnız doqquz nümunədən biri olduğuna inanılır. Tom’s Hardware (TH) şirkətinin məlumatına görə, 7083 saylı lot üzrə hərrac 20 sentyabr 2025-ci il şənbə günü yekunlaşacaq.
Taxta qutuda olan bu 1976-cı il kompüterinin satışdan əvvəl təxmini qiyməti 300.000 dollardır. Ən azı lot sahibinin təyin etdiyi qiymət budur. Nəşr zamanı lot artıq 158 743 dollara çatmışdı.
Qeyd edildiyi kimi, bu Apple-1 tam funksionaldır və lotun təsvirinə əsasən, bütün lazımi komponentlər və aksessuarlarla birlikdə gəlir. Ela veziyyetde olan komputerin ozundan elave komplektde kaset interfeysi, klaviatura, monitor, proqramlar var. Bu maddələrin hamısı orijinaldır və müddətə uyğundur.
Tom’s Hardware yazır ki, bu nadir kompüterin cəlbediciliyini onun sahibi, Stenford Hüquq Məktəbini bitirən ilk qadın olan June Blodgett Moore əhəmiyyətli dərəcədə artırır.