Tayland Hindistandan BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq təklifini dəstəkləməyi xahiş edib.
TASS xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi iki ölkənin xarici işlər nazirləri arasında danışıqların yekunları üzrə məlumat yayıb.
Bu məsələ Tailandın xarici işlər naziri Sikhasak Phuangketkaew və onun hindistanlı həmkarı Subrahmanyam Caishankar arasında keçirilən görüşdə qaldırılıb. Tərəflər həmçinin cari geosiyasi çağırışlar fonunda əməkdaşlığı müzakirə ediblər.
“Nazir Hindistandan 2026-cı ildə Hindistanın BRİKS-ə sədrliyi zamanı Tailandın BRİKS-ə qoşulma marağına dəstək verməsini xahiş edib”, – Tailandın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.














