Tayland Rusiya neftini almağı düşünürbackend

Tayland Rusiya ilə xam neft alışı ilə bağlı danışıqlara başlamağa hazırdır. RİA Novosti agentliyinin məlumatına görə, bunu Taylandın Baş nazirinin müavini Phiphat Ratchakitprakan Yaxın Şərqdəki vəziyyətlə bağlı brifinqdə jurnalistlərə bildirib.

Baş nazirin müavini ABŞ-ın Rusiya neft ixracını boykot etmək qərarını yaxşı xəbər adlandırıb.

“Tayland indi Rusiya ilə xam neft alışı ilə bağlı danışıqlara başlayacaq ölkələrdən biri olacaq. Danışıqlar Taylandın Energetika Nazirliyi tərəfindən başlayacaq”, – deyə Ratchakitprakan bildirib.

Rəsmi şəxs həmçinin qeyd edib ki, Krallığın hazırkı xam neft ehtiyatları 98 gün üçün kifayətdir.