Koh Samui adasında hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalını çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs ediblər.
Bu barədə “The Thaiger” məlumat yayıb.
Polis başqa bir hadisəni araşdırarkən iddia edilən təcavüzkarın məkrindən xəbərdar olub. Yerli sakinlərdən biri dələduz dəstəyə külli miqdarda pul köçürüb.
Hadisə geniş rezonans doğurub və ölkə sakinləri hərtərəfli araşdırma aparmaq və günahkarları cəzalandırmaq üçün polisə təzyiq ediblər. Nəticədə 5 şübhəli polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, daha 6 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib. Hadisəni törədənlərdən biri Daniel adlı 23 yaşlı rusiyalı olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, həbs edilən şəxs kriptovalyuta aktivlərindən istifadə edərək saxta zəng mərkəzləri üçün çirkli pulların yuyulması sxemini idarə edib. Daniel qardaşı ilə otellərdən birinə daxil olduqdan sonra saxlanılıb. Polis qohumun dələduzluqda iştirak edib-etmədiyini öyrənməli olacaq.
Mənbə: A haber

