Taylandda naməlum silahlı şəxs məktəbdə atəş açaraq uşaqları girov götürübbackend

“Khaosod” qəzetinin məlumatına görə, naməlum hücumçu Taylandın cənubundakı təhsil müəssisəsinə daxil olaraq atəş açıb.

Hadisə Sonqxla əyalətinin Hat Yai şəhərində baş verib. Qəzetin məlumatına görə, silahlı şəxs dərslər bitməmişdən bir az əvvəl məktəb ərazisinə daxil olub.

Hücumçunun atəş açdığı və ilkin məlumatlara görə, bir neçə şagird və müəllimi binanın içərisində saxladığı bildirilir. Həlak olanların dəqiq sayı hələ açıqlanmayıb.

Rəsmi orqanlar hələlik vəziyyətlə bağlı ətraflı açıqlama verməyiblər.