Taylandda yanğınsöndürən balon partlayıb, bir tələbə ölüb, 10 nəfər yaralanıbbackend

Daily Mail yazır ki, Tailanddan olan məktəbli yanğınsöndürən balonun partlaması nəticəsində dünyasını dəyişib, daha 10 tələbənin yaralandığı bildirilir.

Yerli mətbuatın məlumatına görə, Khumthong Premmani məktəbin ərazisində keçirilən yanğın təhlükəsizliyi təlimi zamanı ölüb. Xilasedicilər karbon qazlı yanğınsöndürəndən istifadə qaydalarını göstərirdilər ki, o, qəfil partladı. Zərbə dalğası dünyasını dəyişən 17 yaşlı yeniyetməni bir neçə metr uzağa atıb.

“Partlayış məbədin qarşısında oturan bir tələbəni vurdu və cəsədini təxminən doqquz metrə atdı. O, dərhal öldü. Ölən şəxs texnika nümayişində iştirak etməyib və nümayiş zonasından kənarda əyləşib”, – deyə polisin açıqlamasında bildirilir.

Mənbə: Lenta.ru