Çin ordusu ada yaxınlığında hərbi təlimlər keçirərkən Tayvan ordusu Hualien limanında gəmi əleyhinə raket buraxılış qurğuları yerləşdirib.
Bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, limanda hər birində dörd gəmi əleyhinə raket olan ən azı iki qurğu aşkarlanıb. Silahlar şaquli şəkildə quraşdırılıb ki, bu da raket sistemlərinin həyəcan vəziyyətində olduğunu göstərə bilər.
Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında ABŞ-ın Çin ordusunun Tayvan ətrafında hərbi təlimlər keçirməsindən narahat olduğunu bildirib.