Tayvan, PLA Hərbi Dəniz Qüvvələrinə aid 32 təyyarənin adaya yaxınlaşdığını iddia edirbackend

Son 24 saat ərzində Tayvan adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Dəniz Qüvvələrinin 32 təyyarəsi və 4 gəmisini qeydə alıb. Bu barədə TASS məlumat yayıb.

13 təyyarənin cənub-qərb, cənub-şərq və şimal-şərq hissələrində Tayvan Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olduğu, həmçinin Tayvan boğazının median xəttini keçdiyi iddia edilir. Onların arasında: BZK-005 tipli kəşfiyyat pilotsuz uçan aparatı, Y-8 radar kəşfiyyat təyyarəsi, CH-4 kəşfiyyat və zərbə PUA, SU-30, J-16 və J-10 qırıcıları, həmçinin TB-001 hərbi pilotsuz təyyarə. Tayvan hərbçiləri hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaqla və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.