Tayvanın cənubunda zəlzələ baş verib

ictimai.az
ictimai.az

Tayvanın cənubundakı Pinqtunq qraflığında 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə adanın Mərkəzi Meteoroloji Bürosu (CWB) məlumat yayıb.

Zəlzələnin yerli vaxtla saat 13:31-də (Moskva vaxtı ilə 8:31) qeydə alındığı dəqiqləşdirilir. Onun episentri Pinqtunq qraflığında, ocağı isə 10,3 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər