Tbilisidə binaların 80%-i zəlzələyə davamlılıq tələblərinə cavab vermir

Gürcüstan İnşaatçılar Assosiasiyası hesab edir ki, Tbilisidəki binaların 80%-i müasir zəlzələyə davamlılıq tələblərinə cavab vermir.

Bu barədə Business Media portalı yazır.

“Əgər 7 baldan çox zəlzələ baş verərsə, Tbilisinin 70%-dən çoxu yer üzündən silinəcək, bizi fəlakət gözləyə bilər”, – Assosiasiyanın rəhbəri İrakli Rostomaşvili bildirib.

Rostomaşvilinin sözlərinə görə, müasir binalar 8 bal gücündə zəlzələyə tab gətirməli olan möhkəm monolit konstruksiyalardan hazırlanır, lakin onların bazar payı çox azdır.

O qeyd edib ki, yaşayış binalarının əksəriyyəti mənəvi cəhətdən köhnəlib, onların istismar müddəti çoxdan keçib.

Mənbə: Business Media

İctimai.az

Related Post