Tecno işıq saçan arxa qapağı olan smartfonu nümayiş etdirdi

Tecno, RGB işıqlandırma və oyun dizaynı alan Pova 5 Pro smartfonunu təqdim etdi. Bu barədə GSMArena portalı məlumat yayıb.

Tecno Pova 5 Pro, 120Hz yeniləmə tezliyi ilə 6,78 düymlük Full HD+ ekrana malikdir. Smartfonun arxa tərəfində 50 MP əsas sensoru olan ikili kamera var.

Pova 5 Pro-nun əsas xüsusiyyəti arxa paneldə fəaliyyətdən asılı olaraq doqquz rəngdə parlaya bilən RGB işıqlandırmanın olmasıdır. Məsələn, bildirişlər və ya daxil olan zənglər aldığınız zaman arxa işıq yanır. Smartfon həmçinin Hi-Res və DTS sertifikatlı stereo dinamiklərə malikdir.

Mənbə: GSMArena

Related Post