Təhməz Qaçayev: “Əminəm ki, kitabımız vergi xidmətinə və digər xüsusi dövlət qulluğuna hazırlaşan şəxslər üçün olduqca faydalı olacaq”backend

Bir müddət əvvəl xəbər verdiyimiz Vergi orqanlarına xidmətə qəbul üzrə Ceyhun Səfərov və Təhməz Qaçayevin müəllifi olduğu “QANUNVERİCİLİK VƏ TEST TOPLUSU” kitabı artıq dərc olunub satışa çıxarılmışdır.Tələbələr tərəfindən böyük rəğbətlə qarşılanan kitab,1 ay ərzində 2 dəfə dərc olunaraq 500-dən çox satışa nail olmuşdur.

Elm sahəsinə böyük töhfə verən bu kitabın müəlliflərindən olan Təhməz Qaçayevlə müsahibəni sizə təqdim edirik:

– Salam Təhməz müəllim.
– Salam xoş gördük.
Məlum olduğu kimi Ceyhun Səfərovlə birgə ərsəyə gətirdiyiniz kitab həm elm adamları,həm də tələbələr tərəfindən yüksək qiymətləndirilmişdir.Bu kitabın necə töhfələr verəcəyini düşünürsünüz?
– Əminəm ki, kitabımız vergi xidmətinə və digər xüsusi dövlət qulluğuna hazırlaşan şəxslər üçün olduqca faydalı olacaq.
– Ümumilikdə kitab haqqında bizə və oxuculara hansı məlumatları paylaşmaq istərdiniz?
– Qeyd edim ki, kitabda vergi xidmətinə qəbul proqramına uyğun olaraq həm iqtisadi yönümlü tələbələr,həm də hüquq yönümlü tələblər üçün ədəbiyyat siyahısı üzrə bütün qanunvericilik aktları və test toplusu öz əksini tapmışdır.
– Məlumdur ki, kitabınızın oxucu kütləsi kifayət qədər çoxdur. Bəs kitab haqqında fikirlər hər zaman müsbətdir mi?
– Təbii ki, tələbələrin rəyi bizim üçün hər zaman ən vacib amildir,ancaq qeyd etmək istəyirəm ki, kitab tələbələrlə yanaşı bir çox müəllim,iqtisadçılar və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.
Səmimiyyətiniz və ruh yüksəkliyiniz nəzərimizdən qaçmadı,bəs bunlara xələl gətirən hər hansı rəy və ya amillərlə qarşılaşmısınızmı?
– Əvvəla qeyd edim ki,hər bir uğura kölgə salmaq istəyənlər əlbəttə ki, olur.Ancaq bu cür xırda məsələlər bizim üçün heç bir əhəmiyyət kəsb etmir əksinə, bizi daha da ruhlandırır (gülümsəyir)
– Həmkarınız Ceyhun müəllimlə birgə gələcək planlarınız və layihələriniz haqqında nə deyə bilərsiniz?
– Əlbəttə Ceyhun müəllimlə birgə hazırlayacağımız layihələr davam edəcək,ancaq bunlar haqqında danışmaq hələki tezdir.Qeyd etmək istəyirəm ki,layihələrin həyata keçirilməsi zamanı tələbələrin təklif və istəkləri qiymətləndirilir və nəzərə alınacaqdır
Dəvətimizi qəbul edib bizimlə həmsöhbət olduğunuz üçün sizə təşəkkür edirik və Ceyhun müəllimlə birgə sizə gələcək faəliyyətinizdə uğurlar arzu edirik.
– Təşəkkür edirəm Rəşad bəy,mən də öz növbəmdə İctimai.az klollektivinə uğurlar arzulayır və gələcək layihələrimizdə bir araya gələcəyimizə inanıram

 

İctimai.az