Tehran üç gündən çoxdur ki, internetsizdirbackend

RİA Novosti xəbər verir ki, Tehran 70 saatdan çoxdur ki, internetsizdir.

Bundan əlavə, İran paytaxtında mobil telefon xidməti gündüzlər fasilələrlə işləyir, gecələr isə tamamilə kəsilir. SMS mesajlaşma da dayandırılıb.

12 yanvarda ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton, Starlink mobil terminallarından istifadə etməklə, İran sakinlərinin internetə çıxışını bərpa etmək üçün addımlar ata bilər.