Təhsil naziri bu məsələlərə toxundubackend

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bəzi məsələlərə aydınlıq gətirib.

İctimai.az xəbər verir ki, nazir jurnalistlərin suallarını cavablandırıb.

Məktəblər açılacaq? 

“Dərslərin davam etdirilməsi ilə bağlı müxtəlif yanaşmalar var”.

Nazir bildirib ki, bütün qərarlar insanların sağlamlığı nəzərə alınmaqla qərar veriləcək: “Bir məqam aydındır ki, start düyməsi basılmadan öncə Tədbirlər Planı qəbul ediləcək. Konkret tarix barədə danışmaq tezdir”.

Hansı dərslər imtahana düşməyəcək? 

“Qəbul və buraxılış imtahanlarında keçirilməyən dərslərdən suallar düşməyəcək”.

Son zəng tədbirləri keçiriləcək? 

11-ci siniflərin “Son zəng” tədbirləri keçirməsi nəzərdə tutulmur: “Onlar da mövcud vəziyyəti başa düşürlər. Bu tədbiri daha sonrakı zamanda da keçirmək olar. Ola bilsin onlayn rejimdə də keçirə bilərlər”.

İmtahan verə bilməyənlər əsgərliyə aparılacaq? 

“Ali təhsil müəssisələrinin son kursunda təhsil alan tələbələr istehsal təcrübəsini başa çatdıra bilməyiblər”.

Nazir bildirib ki, bununla bağlı bir sıra sahələrdə güzəşt tətbiq edilə bilər: “Tələbələrin 3 il yarımlıq müddətdəki göstərişləri nəzərə alınaraq güzəşt edilə bilər. Son kursda olan oğlan tələbələrin hərbi xidmətə çağırılmaması, ona güzəşt edilməsi ilə bağlı biz hökumət qarşısında məsələ qaldıracağıq. Hesab edirəm ki, bu məsələ müsbət həllini tapacaq”.

Təhsil ilinin davamı necə olacaq? 

Hazırda tədris onlayn şəkildə davam etdirilir. Müəllim və şagirdlərin, tələblərin dərslərə qoşulmasına kömək məqsədilə müəyyən tədbirlər görülür. “Azercell” 50 minə yaxın müəllim üçün güzəşt tətbiq edəcək. Digər şirkətlərlə də danışıqlar gedir. Digər məsələlərlə bağlı müvafiq plan və aktlar hazırlanıb Nazirlər Kabinetinə göndəriləcəkdir.

İctimai.az