Təhsildə milli-mənəvi və ailə dəyərlərinin təbliği mövzusu müzakirə olundubackend

15 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib. Tədbir 15 May – Beynəlxalq Ailə Gününə həsr olunub və “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində baş tutub.

Konfransı açan BDU-nun rektoru Elçin Babayev sözü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verib. Açılış nitqləri dinlənildikdən sonra dövlət rəsmiləri, elm xadimləri və Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi İctimai Birliyinin sədri Gülnarə Pənahova və nümayəndələri Emin Mehdizadə, Lamiyə Razayeva-Əhmədli, Firuzə Rəsulova çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Konfransın yekununda rektor Elçin Babayevin moderatorluğu ilə keçirilən müzakirələrdə ailə və milli dəyərlərin qorunması, eləcə də təhsil sistemində bu istiqamətdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.