Tələbə faciəli şəkildə dünyasını dəyişibbackend

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi faciəli şəkildə dünyasını dəyişib.

İctimai.az xəbər verir ki, bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Əmirova Gülnar Sabir qızının avtomobil qəzasında həlak olduğu bildirilir.