RİA Novosti platforma statistikasına istinadən xəbər verir ki, bazar ertəsi günü Telegram mesajlaşma tətbiqi 187.634 qrup və kanalı bloklayıb.
Agentliyin hesablamalarına görə, bu, son həftələrdəki ən yüksək rəqəmlərdən biridir.
Xidmətin məlumatına görə, təkcə 15 fevral bazar günü 235.282 icma silinib – bu, 300.840 qrup və kanalın bloklandığı 23 yanvardan bəri ən yüksək rəqəmdir.
Fevralın əvvəlindən bəri Telegram 2,04 milyon icmaya girişi məhdudlaşdırıb. Bunlardan 7.116-sı terrorizmlə əlaqəli idi.














