Fransanın “Le Figaro” qəzeti mənbələrə istinadən yazır ki, Telegram messencerinin Fransa hakimiyyəti ilə əməkdaşlığa razılıq verməsindən sonra digər ölkələr də kibercinayətlərin araşdırılması çərçivəsində şirkətə sorğu göndəriblər.
Nəşrin məlumatına görə, messencerin təsisçisi Pavel Durov “Yaxınlıqda olan insanlar” funksiyasını ləğv etməyə, platformada məzmun paylaşımının moderasiyasını sərtləşdirməyə və bəzi istifadəçilərin anonim məlumatlarını açıqlamağa razılaşıb.
“Telegram-ın ədliyyə sistemi ilə münasibətləri normallaşdırmaq istəyi, görünür, çoxlu sayda milli və beynəlxalq araşdırmaların irəliləməsinə imkan verməlidir”, materialda qeyd edilir.
Mənbə: Le Figaro