Təranə Paşayeva: Xan çinarın kölgəsindəbackend

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində və Samux rayonunda səfərdə oldular.
Prezidentin rəsmi səhifəsində bu səfəri ilə tanış olarkən diqqətimi bir şəkil çəkdi. Əminəm ki, o şəkil tək mənim yox, çoxlarının diqqətini çəkib. XVII əsrə aid karvansaralarla tanışlıq zamanı Prezident və birinci xanımın 350 illik tarixi çinarla xatirə şəkli və ya danışan şəkli. Düzdür, şəkillər anların ən gözəl saxlancıdır. Lakin hər şəkil də danışmır. Bəzən fotoaparatın bir göz qırpımında ölümsüzləşdirdiyi an bir xalqın, bir millətin, bir vətənin dünənindən, bu günündən və gələcəyindən xəbər verir:
Bir Çinarın kölgəsində..,O çinar ki, tarixin keçməkeşli yollarına sinə gərir, əsrlərin şahidi olur. O Çinar ki, milləti kimi qürurlu, əyilməz. Düşmənə, qara, çovğuna sinə gərən, kökü nə qədər dərində olsa da başı bir o qədər uca olan, qürur simvolu, vüqar rəmzi. Keçmişlə gələcəyin körpüsü, xalqın kölgəsinə hər daim ehtiyac duyduğu Çinar… Bəli, düz anladınız – sadalanan, çinara xas xüsusiyyətlər Azərbaycanın dövlət başçısına da aiddir. Bir neçə təşbeh də işlədim: axı çinar daşa, torpağa dayanıb başını ucaltdığı kimi, Prezident xalqa, millətə dayanıb Azərbaycan dövlətini ucaldır, tanıdır, inkişaf etdirir, qayğısını çəkir. Biri torpağa guvənib yaşayir, Digəri torpağı yaşadır. Biri bir şəhərin qürur və əzm mənbəyidir, Digəri bir xalqın. Hər İkisinin kölgəsində rifah tapır millətim.
Nədənsə çinarın əzəmətini, əsrlərə sinə gərməsini, uca vüqarını Azərbaycana, Azərbaycanımın müstəqilliyinə, dövlətimə bənzədir, bənzətdikcə də yaraşdırıram.
Bu gün Çinar həm də Gəncə kimi qədim bir şəhərin simvoludur, Bəlkə də bu səbəbdən lentə alınmışdı Prezidentin və birinci xanımın bu dəfəki Gəncə səfərini fərqli notlarla əbədiləşdirən, danışan və bizləri də danışdıran fotosu..
Təranə Paşayeva
“LOQOS”-un rəhbəri,
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin sədri

İctimai.az