Tərtərdə baş verən dəhşətli qəzada qardaşlar öldülərbackend

Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-a Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Tərtər rayonu Qaradağlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (biri kişi, biri qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib və Gəncə Beynəlxalq Xəstəxanasına göndərişlə təmin olunublar.

Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.