Tərtərdə karantinə rəğmən toy təşkil etdilərbackend

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Dəmirçilər kəndində kənd sakini İlqar İsmayılovun özünə məxsus fərdi yaşayış evində toy məclisi təşkil etdiyi müəyyənləşdirilib.

Məclisin təşkilatçısı İ.İsmayılov və daha iki nəfər barəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimələniblər.