“Tesla”nın bütün “Cybertruck”ları xarab çıxdıbackend

ABŞ-nin “Tesla” şirkəti 3878 ədəd “Cybertruck” elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır.

Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir.

Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər.

Bununla belə, NHTSA bildirir ki, pedal ilişib qalsa, pikap maşınının əyləcləri hələ də işləyəcək.