Texas sərhədi qeyri-qanuni miqrantlardan qorumaq üçün bölmələrin yaradıldığını elan etdi

ABŞ-ın Texas ştatında ştatın milli qvardiyasının tərkibində ölkənin Meksika ilə sərhədlərində qeyri-qanuni miqrasiya ilə məşğul olacaq xüsusi sərhəd bölməsi yaradılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Texas ştatının qubernatoru Qreq Ebbot hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

Qubernatorun dediyi kimi, xüsusi təyinatlılar ən çətin bölgələrə yerləşdiriləcək, onların məqsədi qeyri-qanuni olaraq ABŞ-a daxil olmağa çalışan miqrantların qarşısını almaq, onları dəf etmək və geri qaytarmaq olacaq.

“Biz artıq Milli Qvardiyanın oxşar tapşırıqları yerinə yetirdiyi bir sıra nümunələri görmüşük, lakin biz bu cür fəaliyyətləri tam hüquqlu əməliyyata çevirəcəyik” dedi Abbott.

Oxşar xəbərlər