Təzə gəlini Manaf Ağayevə gözlənilməz sürpriz etdi – FOTObackend

Ad gününü qeyd edən müğənni Manaf Ağayev gözlənilməz sürpriz ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, müğənninin oğlu Müşviqin nişanlısı sənətçiyə tort bişirib.

Bütün bunlar isə ATV-də yayımlanan “7 canlı” axşam şousunda nümayiş olunub. Tortun üzərində fiqurunu görən Manaf bu sözləri deyib:

“Görüntüm hər zaman belə olur. Evdə oturub bütün günü telefona baxıram. Hamı mənə deyir ki, gözlərin kor olacaq. Təzə gəlinimiz də mənə belə bir sürpriz hazırlayıb. Hər iki gəlinimi öpürəm”.

Sənətçi təzə gəlininin ailəsi haqqında da danışıb:

“Onun atasını tanıyıram. Famil çox böyük şəxsiyyətdir. Onların ailəsini də efir vasitəsi ilə öpüb, bağrıma basıram. Oğlum özü bəyənib, sevib və nişanlanıb. Xoşbəxtəm ki, bu cür ailə ilə qohum oldum”.

“7 canlı”nın aparıcısı Vüsalə Əlizadənin “Gəlinlər sizə necə müraciət edirlər?” sualına müğənni belə cavab verib:

“Manaf əmi də deyirlər, ata da deyərək müraciət edirlər. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, hörmət var. Böyük-kiçik yerini bilirlər. Hələ indiyə kimi aramızda inciklik olmayıb. Gəlinlərim arasında fərq qoymuram. Amma təzə gəlinim sürprizi ilə təəccübləndirdi”.

İctimai.az