Ticarət mərkəzindən brend saat oğurlayan şəxs sərbəst buraxıldıbackend

Xəqani Ticarət Mərkəzindən “A class Rolex” markalı qol saatı oğurlanıb.

“Qaynarinfo”nun məlumatına görə, hadisə 12 oktyabr 2023-cü il tarixdə baş verib.

1990-cı il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş Kamil Zamanov (ad-soyad şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmə iclasında iştirak edən şəxs əməlindən səmimi peşman olduğunu, götürdüyü qol saatını geri qaytardığını bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edib. Zərərçəkmiş şəxs də şikayətçi olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Kamil Zamanov barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O, Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilib. Həmin şəxs məhkəmə zalından azadlığa buraxılıb.