Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatları nəticəsində saxlanılan 4 nəfər həbs edilib.
İctimai.az xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internetdə onlayn qumar oyunlarının təşkili ilə bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Cinayət işi çərçivəsində bu əməllərdə təqsirli bilinən Azər Zahid, onun köməkçisi Rövşən Təhməzov, həmçinin Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə onlara 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.