TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verirbackend

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, rəqəmsal rifahı təmin etmək və istifadəçiləri dəstəkləmək məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verir.

Yeniliklər üç əsas istiqaməti əhatə edir: yeniyetmələrin təhlükəsizliyi, kontent müəlliflərinə dəstək və cəmiyyətin etibarlı rəqəmsal mühitin yaradılmasında iştirakını təşviq etmək.

TikTok, istifadəçilərin ilham tapdığı, yaradıcılığını paylaşdığı, yeni imkanlar kəşf etdiyi təhlükəsiz və yaradıcı bir məkan formalaşdırmağa davam edir. Yeni funksiyalar təkcə təhlükəsizliyin təmin edilməsi məqsədi daşımır, eyni zamanda hər bir istifadəçinin özünü inamlı, sərbəst və güvənli hiss etdiyi şüurlu rəqəmsal mədəniyyətin formalaşmasına xidmət edir.

Yeniyetmələr və onların valideynləri üçün təhlükəsizlik

TikTok yeniyetmələrin platformadan təhlükəsiz və rahatistifadə etməsini təmin etmək məqsədilə 50-dən çoxfunksiyanı və tənzimləmə imkanını təqdim edir. Əlavə olaraq, avtomatik işləyən daxili təhlükəsizlikmexanizmlərindən başqa, platforma valideynlərə yeniyetmələrin ehtiyaclarına uyğun olaraq TikTok–ufərdiləşdirməyə kömək edən və artıq özünü doğrultmuş “Ailə tənzimləmələri” adlı valideyn nəzarəti alətini də təklif edir. Artıq bu alətə yeni imkanlar da əlavə olunub:

• Yeniyetmə digər istifadəçilər üçün görünən video, hekayə və ya foto paylaşdıqda valideynəavtomatik bildiriş göndərilir. Bu, valideynlərəövladları ilə onun onlayn paylaşımları barədəvaxtında və müdaxiləsiz, təzyiq göstərmədənsöhbət etmək imkanı yaradır.

• Yeniyetmənin (16–17 yaş) hansı məxfilik ayarlarınıseçdiyini görmək imkanı: məsələn, digəristifadəçilərə onun videolarını yükləməyə icazəverilib-verilmədiyi, onun abunə siyahısınınbaşqalarına açıq olub-olmadığı, hansı mövzularınmaraqlı kimi qeyd edildiyi və buna görə dəplatforma tərəfindən daha tez-tez baxmaq üçüntövsiyə olunduğu.

Rəqəmsal rifahın dəstəklənməsi

TikTok hesab edir ki, rəqəmsal texnologiyalar həddindən artıq yüklənmə və ya uzaqlaşmağa səbəb olmadan inkişaf etməyə, ilham verməyə və özlərini rahat hiss etməyə kömək etməlidir. Məhz bu səbəbdən TikTok,mütəxəssislərlə və platformanın Gənclər Şurası ilə birgə “Rəqəmsal rifah missiyaları” adlı təşəbbüsü hazırlayıb. Bu təşəbbüs qısa tapşırıqlardan ibarətdir və sağlam rəqəmsal vərdişlərin formalaşmasına kömək etməyi hədəfləyir.

Missiyaların ilk seriyası rəqəmsal rifahı dəstəkləyən və artıq mövcud olan TikTok funksiyaları ilə tanış edir. Onların arasında “Yuxu vaxtı”, “Ekran vaxtı”, “Ailə tənzimləmələri”, “Təhlükəsizlik mərkəzi”, “Açar sözlərə görə filtr” daxildir. Missiyaları yerinə yetirən istifadəçilər xüsusi nişanlar əldə edəcəklər ki, bu da onlara öz irəliləyişlərini izləməyə kömək edəcək.

TikTok həmçinin tətbiqin daxilində yeni bölməninyaradılması üzərində çalışır. Bu bölmədə rəqəmsal rifahıdəstəkləyən bütün seçimlər toplanacaq – nəfəsməşqlərindən və sakitləşdirici audio parçalarındantutmuş istifadəçilərə platformada keçirdikləri vaxtı şüurluşəkildə idarə etməyə kömək edən alətlərə qədər.

Yaradıcıların dəstəyi

Kontent yaradıcıları TikTok-un hərəkətverici qüvvəsidir. Məhz onlar trendləri müəyyən edir, izləyiciləri cəlb edirvə platformanın cəmiyyətini formalaşdırırlar. Onlarınözlərini təhlükəsiz və güvənli hiss etmələri üçünplatforma yeni alətlər təqdim edir:

• Yaradıcıya dəstək rejimi – istənməyən və təhqiredicişərhləri filtr vasitəsilə idarə etməyə kömək edir.

• TikTok LIVE-da sözlərin, ifadələrin və emojilərinkütləvi olaraq söndürülməsi;

• Content Check Lite (Məzmunun ilkin yoxlanışı) – yaradıcılara videolarını paylaşmadan əvvəl digəristifadəçilərə tövsiyə olunmağa uyğun olub-olmadığınıyoxlamağa imkan verir.

• Yaradıcılar üçün gələnlər qutusu – yenilənmişinterfeys, mesajları çeşidləməyə və emal etməyə köməkedir. İndi 10 000-dən çox izləyicisi olan yaradıcılar üçün“oxunmamış” və “vacib” bölmələri, sürətli cavablaryaratmaq və tez-tez verilən suallara avtomatik cavablartənzimləmək imkanı mövcuddur.

• “Yaradının Söhbət Otağı” — yaradıcıların TikTok-da ən fəal izləyiciləri ilə birbaşa əlaqə qurmasına vəünsiyyət saxlamasına imkan verən funksiyadır. Söhbətotaqları yalnız 18 yaşdan yuxarı, minimum 10 000 izləyicisi olan və “Superabunə” və ya “Canlı YayımAzakeş Qrupu” funksiyası aktivləşdirilmiş yaradıcılarüçün əlçatandır. Bütün paylaşılan məzmun isə TikTok-un İcma Qaydalarına uyğun olmalıdır.

Bu funksiyalar yaradıcılığı daha təhlükəsiz və rahat edirki, yaradıcılar diqqətlərini həqiqətən vacib olan — özməzmunları və auditoriyaları üzərində cəmləyə bilsinlər.

Platforma nümayəndələrinin bildirdiyinə görə, buyeniliklər yeniyetmələrin, valideynlərin, ekspertlərin, vətəndaş cəmiyyəti, media nümayəndələrinin rəy vətəklifləri nəzərə alınaraq hazırlanıb ki, TikTok hər kəsüçün daha təhlükəsiz və şəffaf platforma olsun.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamızinsanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevincbəxş etməkdir.