TikTok xidməti Venesuela prezidenti Nikolas Maduronu bir həftəlik yayım imkanından məhrum edib. Maduro bu barədə Telesur telekanalında bildirib.
Venesuela Dövlət Şurasının və Təhlükəsizlik Şurasının birgə iclasında çıxış edən dövlət başçısı TikTok-un avqustun 19-dək yayım imkanlarını yenicə dayandırdığını bildirib.
Bundan əvvəl X sosial şəbəkəsinin fəaliyyəti Venesuelada 10 gün müddətində dayandırılmışdı.
Mənbə: TASS