Tim Burton 13 ildən sonra ilk cizgi filminə rejissorluq edəcəkbackend

Amerikalı rejissor Tim Burton 13 ildən sonra ilk cizgi filmini çəkəcək. Bu barədə o, bu yaxınlarda Meksikaya səfəri zamanı verdiyi müsahibədə danışıb.

“Mən animasiya layihəsi üzərində işləyirəm. “Ümid edirəm ki, ssenarini tezliklə alacağam və sonra işləməyə davam edəcəyəm”, – 66 yaşlı rejissor etiraf edib.

Burton əlavə etdi ki, animasiya onu həqiqətən ruhlandırır.

Burtonun son animasiya əsəri 2012-ci ildə işıq üzü görən reanimasiya edilmiş it haqqında uzun metrajlı Frankenweenie idi.