Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ağ Ev rəhbəri Donald Trampla görüşərək onu Rusiya ilə ikitərəfli danışıqlara son qoymağa razı salmağa çalışacaqlar.
Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
“Keyr Starmer və prezident Makron bu həftə prezident Trampla görüşərkən Ukrayna ilə bağlı vahid mesajı çatdırmaq barədə razılığa gəliblər”, – nəşr qeyd edir.
Nəşrin yazdığına görə, Fransa və Böyük Britaniya liderləri Trampa Avropa qüvvələrinin köməyi ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi planını təklif edə bilərlər.