Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskva və Astana arasında logistikanın inkişafını “strateji əhəmiyyətli məsələ” adlandırıb.
O, bu barədə “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində yazıb.
“Qazaxıstan ərazisindən keçən 13 beynəlxalq nəqliyyat dəhlizi – 5 dəmir yolu və səkkiz avtomobil yolu – Asiya ilə Avropa arasında quru yük daşımalarının təxminən 85%-ni təşkil edir. Qazaxıstan və Rusiyanın böyüklüyünü və coğrafi mövqeyini nəzərə alaraq, tranzit marşrutlarının və əlaqəli infrastrukturun gələcək inkişafı böyük əhəmiyyət kəsb edir”, – Tokayev vurğulayıb.
O əlavə edib ki, Rusiya və Qazaxıstan arasında nəqliyyat logistikasının inkişafı Avrasiya boyu dayanıqlı nəqliyyat əlaqəsini təmin edəcək.













