Qazaxıstan və Finlandiya prezidentləri Kasım-Jomart Tokayev və Aleksandr Stubb Ukrayna münaqişəsinin həlli ilə bağlı ortaq mövqelərini açıqlayan birgə bəyanat yayıblar.
Qazaxıstan liderinin mətbuat xidməti sənədin mətnini öz saytında dərc edib.
“Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün mümkün qədər tez əldə edilməsinin vacibliyini vurğuladılar”, – bəyanatda deyilir.
Oktyabrın 21-də Alexander Stubb anti-Rusiya sanksiyalarının tədricən ləğv edilməsini təklif edib.














