“Yomiuri” qəzeti xəbər verir ki, Tokio meriyası raket hücumu zamanı əhalinin təxliyyəsi üçün nəzərdə tutulmuş yeraltı sığınacaqların tikintisinə başlamaq qərarına gəlib.
İlk belə sığınacaq üçün yer kimi Minato şəhərinin mərkəzi ərazisində, Azabu-Juban metrosunda yerləşən anbar seçilib. Bu anbar indi təbii fəlakət zamanı ləvazimatları saxlamaq üçün istifadə olunur. Gələcəkdə insanların yerləşməsi üçün onun yenidən qurulması planlaşdırılır.
Bundan əlavə, səlahiyyətlilər yerin nisbətən böyük dərinliyində yerləşən çoxmərtəbəli avtomobil dayanacaqlarının bir hissəsinin bu məqsədlər üçün istifadə edilməsi imkanlarını nəzərdən keçirirlər. Meriya biznesin köməyinə də ümid edir, çünki bu cür layihələri yalnız şəhər büdcəsindən maliyyələşdirmək olduqca baha görünür. Buna görə də güman edilir ki, özəl sektor artıq yeni binaların tikintisi zamanı sığınacaq kimi nəzərdə tutulan yeraltı binaları yerləşdirə bilər.
Mənbə: TASS

