Tony Blair Qəzza zolağına hakim olmaq istəyibbackend

“The Economist” yazır ki, Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair Qəzzaya keçid dövrünün idarəedici orqanına rəhbərlik etmək istəyir.

Bleyer tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Tony Blair İnstitutu (TBI) belə bir qurum üçün plan hazırlayır. Onun BMT mandatı altında Zolaqda “ali siyasi və qanuni hakimiyyət” kimi çıxış edəcəyi gözlənilir. Qəzzanın təklif olunan idarəçiliyi 25 nəfərlik katibliyə və 7 nəfərlik şuraya həvalə olunacaq.

Blair-in Qəzza zolağının idarə olunmasında iştirakı Yaxın Şərqdə qəzəb yarada bilər, çünki o, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsini dəstəkləyib və Həmas, Fələstin Muxtariyyəti və ya İsrailin dəstəyindən istifadə etmir.