“Toppuş bacı” xəstəxanaya yerləşdirildibackend

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, onun səhhəti pisləşib.

“Toppuş bacı” ləqəbli aktrisa xəbəri təsdiqləyib. O, hazırda həkim nəzarətində olduğunu deyib:

“Yaxşı olacağıma inanıram”.

Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.