İngiltərə Premyer Liqasının (EPL) klubu “Tottenhem Hotspur” həftəsonu Premyer Liqada “Nyukasl Yunayted”ə məğlubiyyətdən sonra baş məşqçi əvəzi Kristian Stellini istefaya göndərib.
London komandası 1:6 hesabı ilə məğlub olub və görüşün ilk 20 dəqiqəsində rəqiblərindən 5 top buraxıb.
“Bazar günü “Nyukasl”la oyunun nəticəsi sadəcə qəbuledilməzdir, onu izləmək ağrılı idi. Kristian və köməkçiləri məşqçilər korpusunu tərk edəcəklər. Onlara gələcəkdə uğurlar arzulayırıq”, – deyə klubun rəsmi saytı “Tottenhem”in idarə heyətinin sədrindən sitat gətirir.
Rayan Meyson bundan sonra baş məşqçi vəzifəsini icra edəcək.

